Şərtlər


Azərbaycan'ın ilk və tək bijuteriya saytı olan Muncuq'dan sifariş vermək çox rahat və risksizdir.

Bunun üçün, almaq istədiyiniz məhsulu öncə səbətə atmalı, daha sonra isə "Kassaya Get" düyməsinə basaraq səbətiniz olan səhifəyə keçməlisiniz (Səbətə atdığınız məhsul səbətinizdə görünmürsə klavaturanızda "F5" düyməsinə basaraq səhifəni yeniləyə bilərsiniz). Səbətinizə keçdikdən sonra boş sətirlərə müvafiq bilgiləri (şəxsi, ünvan və s.) daxil edərək sifarişinizi tamamlaya bilərsiniz.

Hal-hazırda yalnız qapıda ödəmə qəbul edilməkdədir və ödənişi sifarişinizi təhvil alacağınız zaman edə bilərsiniz.

Toplam sifariş məbləği 12,00 AZN'dən yüksək olduğu zaman, çatdırılma pulsuz olur. 12,00 AZN'dən kiçik məbləğlər üçün isə 4,00 AZN çatdırılma pulu tutulur. Vermiş olduğunuz bir sifariiş sizə çatdırılmamışdan əvvəl ikinci bir sifariş versəniz, o sifarişin miqdarı 12,00 AZN'dən az olsa da, artıq 4,00 AZN çatdırılma pulu tutulmayacaq.

Sifarişlər maksimum 5 iş günü içərisində ünvanınıza çatdırılmaqdadır.